• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1763
— 14.10.2016 17:13

Ölkədə ətlik və südlük heyvandarlığın inkişafına nail olmaq üçün daha bir addım atılıb

Ötən gün Respublika Süni Mayalama Mərkəzinə 28 baş xarici cins buğalar gətirilib. 15-i Almaniya, 13 başı isə Avstriyada olmaqla buğaların 8-i südlük cins olan "Holşten-friz", ətlik cinslərdən 3 baş "Şarolle", 5 baş "Şvis", 2 baş "Aberdin Anquss" və 10 baş isə ətlik-südlük olan "Simmental"dır. 40 gün ərzində karantində olacaq  heyvanların baytar və zootexnik nəzarəti altında yerli şəraitə uyğunlaşdırılması aparılacaq. Bundan sonra cins buğalardan toxum götürülərək fermerlərə satılacaq. Yaxın günlərdə isə 3 ha ərazidə inşa edilən Respublika Süni Mayalama Mərkəzinə 2 baş südlük "Murrah" cinsindən olan kəl, ilin sonuna kimi isə 10 baş cins buğa gətiriləcək.

Ramiq Abbasov- Respublika Süni Mayalama Mərkəzinin direktoru: “Bu cinslər nəinki Azərbaycanda dünyanın hər yerində məhsuldarlığına görə tanınmış cinslərdi. Azərbaycanda da bilirsiz ki, fermer təsərrüfatları günügündən inkişaf edir. Fermerlərində arzusu nəzərə alınaraq biz bu məhsuldar olan cinslərin hər birindən gətirmişik. Toxum alınmasına da tam əminəm. Çünki belə bir müasir mərkəzdə keyfiyyətsiz toxumun alınması mümkün deyil”.

Elnur Vahidoğlu