• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1112
— 13.10.2016 15:21

Qərb bölgəsinə sulu qar və qar yağacaq

Gəncədə, eləcə də qərb bölgəsində dəyişkən buludlu, arabir dəyişkən hava şəraiti davam edəcək. Hidrometeoroloqlar əsasən yağmursuz hava proqnozlaşdırsa da, bəzi rayonlarda şimşək çaxacağı və yağış yağacağı istisna edilmir. Gəncə Regional Hidrometrologiya Müəssisəndən verilən məlumata görə, aşağı düşən temperatur dumanla da müşayiət olunur. Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.

Ramil Qədirov- Gəncə Regional Hidrometrologiya Müəssisənini direktor əvəzi: "Havanın qərb rayonlarında ayın 14-nə qədər yağmursuz keçəcəyi, günün ikinci yarısından başlayaraq bir neçə gün qeyri-sabit keçəcəyi proqnozlaşdırılır. Şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, bəzi dağlıq ərazilərdə yağıntının sulu qara və qara keçəcəyi gözlənilir. Cənub küləyinin sürəti 10-15 metr saniyəyə qədər güclənəcək".

Xaliq Qurbanlı