• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 978
— 13.10.2016 15:01

Şəmkirin Keçili kəndində rayon rəhbərliyi ilə yerli sakinlərin görüşü olub

Kənddaxili yolların təmiri, yeni məktəb binasının inşası, su ilə təchizat və gənc ailələrə həyatyanı torpaq sahələrinin verilməsi kimi müraciətlər gündəmə gətirilib. Şəmkir rayon rəhbərliyi ilə Keçili kənd sakinlərinin görüşündə yaşayış müssivinin potensial imkanları və həyata keçirilməsi ilə bağlı mümkün layihələrə də toxunulub. 7 minə yaxın əhalinin yaşadığı kənddə sakinlərin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. 300 hektara yaxın ərazidə yaradılan istixanalarda 500 nəfər işlə təmin olunub. 376 ailə isə dövlətin torpaq mülkiyyətçilərinə verdiyi subsidiyalardan yararlanır. Suvarmaya olan tələbatı ödəmək üçün kənddə 49 subartezian quyusu qazılıb. Gələn il əkin sahələrini bir qədər də genişləndirib, bol məhsul əldə etmək haqqında fikirləşən kəndlilərin qaldırdıqları məsələlər dinlənilərək həlli üçün tədbirlərin görüləcəyi vurğulanıb.

Natiq Hüseyn