• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1725
— 08.10.2016 12:25

Payızlıq səpin üçün tələb olunan gübrə Göygöl rayonuna gətirilib

Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin Göygöl rayon filialına payızlıq səpin üçün 135 ton Amofos gübrəsi gətirilib. Torpağı gücləndirmək üçün istifadə olunan Amofos gübrəsinin 60 tonu artıq güzəştli şərtlərlə fermerlərə satılıb. Hazırda filialın anbarlarında 250 ton Azot, 10 ton superfosfat, 200 ton isə Amofos gübrəsi öz alıcısını gözləyir. Cari il ərzində Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin Göygöl rayon filialı tərəfindən ümumilkdə 380 ton gübrə satışı həyata keçirilib. Bununla yanaşı ehtiyac yarandığı halda əlavə olaraq rayona 100 ton Amofos 130 ton Nitrofosfat gübrəsi gətiriləcək. Ötən ildən başlayaraq mineral gübrələr fermerlərə 70 faiz güzəştli kreditlə satılır. Rayonda əkinə yararlı 11 min hektar torpaq sahəsi var. Payızlıq əkində filialın 20- dən çox texnikası iştirak edir.  

Fərid Mehdizadə