• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1005
— 05.10.2016 13:36

Samuxda “ağ qızıl”ın bolluğu gənclərdə böyük ruh yüksəkliyi yaradır

Samuxda gənclər pambıq yığımına cəlb edilib. Bir vaxtlar mövcud olan ənənə indi rayonda bu formada bərpa edilir. Texnikalarla yanaşı əl əməyi də məhsulun itkisiz yığımına zəmin yaradır.

Samuxun keçmiş şöhrətinin özünə qaytarılması və “ağ qızıl”ın bolluğu gənclərdə əsl bayram ab-havası yaşadır. Gənclər məhsul bolluğunu toy-bayram kimi qeyd edirlər.

Pambıq sahəsində gənclərin rəqsi, çay süfrəsi arxasında maraqlı dialoq... Bunlar hamısı Samuxda pambıq yığımındandır. Rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə sahəyə təşkil olunan ekskursiya “ağ qızıl”ın yığımı zamanı keçmiş şöhrətin qaytarılmasına hesablanıb. 100-dən çox gənc sahələrdə pambıq yığmaqla prosesə öz töhfələrini veriblər.

Rəşad Qarayev- Samux rayon Gənclər və İdman İdarəsinin rəisi: “Bu gün Samux rayon Gənclər və İdman İdarəsi olaraq gənclərin pambıq sahəsinə ekskursiyasını təşkil etməkdə məqsəd illər sonra Samuxda bu sahəyə marağı artırmaqdır. Gənclərimiz böyük həvəslə pambıq yığımında iştirak edir. Bu isə bizi sevindirməyə bilməz”.

Əl əməyi ilə yanaşı, texnikadan da istifadə etməklə Samux rayonunda “ağ qızıl”ın yığımına neçə gündür başlanılıb. Əldə olunan pambıq isə gündəlik olaraq maşınlarla  qəbul məntəqələrinə daşınır. Müətəxəssislərin fikrincə sahələrdə orta məhsuldarlıq 30 sentnerdən yüksəkdir.

Asif Saadov- fermer: “Şükürlər olsun ki, proqnozlarımız özünü doğrultdu. Məhsulumuz boldur. Hər hektardan artıqlaması ilə pambıq götürürük. Bu, bizi sevindirir”.

Ağ qızılın bolluğu ilk dəfə əkilən 350 hektar sahənin gələcəkdə 500 hektara çatdırılması planlaşdırılıb. Eləcə də rayonda pambıq yığımı zamanı kütləviliyə zəmin yaradıb.

Natiq Hüseyn