• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1035
— 04.10.2016 13:51

Göygöldə taxıl sahələri artırılıb

Dağ rayonu olan Göygöldə bu il payızlıq taxıl əkini ötən ilə nisbətən çox olacaq. 10 min ha-dan məhsul əldə etmək üçün torpaq şumlanır, eləcə də artıq rayonun dağlıq dəmyə ərazisində səpin işləri də görülür. 5 min 500 ha-da şum yekunlaşıb, 50 ha əraziyə taxıl, 102 ha-a isə xəsil əkilib. Gün ərzində hər traktor 200 ha olmaqla “Aqrolizinq” tərəfindən 60-a yaxın texnika şum prosesinə cəlb edilib. Rayonun suvarılan torpaqlarında taxıl səpini oktaybrın 15-25-i aralığında aparılacaq. Bol məhsul əldə etmək üçün yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində Göygöl rayon Kənd Təsərrüfatı İdarəsində qərargah da yaradılıb.

Adil Kərimzadə- Göygöl rayon Kənd Təsərrüfatı İdarəsinin baş məsləhətçisi: “Rayonda əkinə yararlı 13 min 27 ha sahənin 9 min 13 ha suvarılan, 4 min 14 ha isə dəmyədir. Hazırda dəmyə ərazilərdə şum qaldırma işləri başa çatmaq üzrədir. Suvarılan hissədə isə şum qaldırma işləri davam etdirilir. Ötən il rayon ərazisində məhsuldarlıq əsasən dağlıq dəmyə torpaqlarda daha yüksək olub. Hər hektardan 50 sentnerə yaxın bizim fermerlərimiz məhsul götürdü. Bu il də yüksək məhsul götürməyi nəzərdə tutmuşuq”.

 

Elnur Vahidioğlu