• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 984
— 29.09.2016 15:42

Şəmkirin üzüm bağlarında məhsul az olsa da, qiymət ürəkaçandır

Texniki sortlara üstünlük verilən Şəmkirdə bu il daha çox süfrə üzümü əkilib və aparılan yığım üzüm bağlarından gözləntiləri doğrultmur. Rayonun Qasım İsmayılov kəndində 100 hektara yaxın yeni üzüm bağında göstərilən aqrotexniki qulluğa baxmayaraq, ötən mövsümlə müqayisədə məhsuldarlıq azdır. Bağ sahiblərinin sözlərinə görə, əgər ötən il hər hektardan 18-20 ton məhsul götürüldüsə, indiki halda bu göstərici 15 tonu keçmir. Bu isə bazarlarda üzümün satış qiymətinin qalxması deməkdir ki, bundan da yerli fermerlər narazı görünmür. Hazırda yerli bazarlarda üzümün satış qiyməti 1-2 manat arasında dəyişir. Şərabçılıqla bağlı ənənələri olan Şəmkirdə 550 hektara yaxın üzüm bağı var. Yerli tələbatla yanaşı xarici bazarlara da göndərilən məhsula tələbat olduğundan, gələn il üzüm bağların 1000 ha-a çatdırılması gözlənilir.  

Elşən Mehtiyev- bağ sahibi: “Qiymət məsələsində ötən il çox acınacaqlı idi. Ötən il məhsul o qədər çox idi ki, satmaq mümkün olmadı. Məhsulun 1 kiloqramını 30 qəpiyə sata bilmədik. Amma bu il məhsuldarlıq ötən ilə nisbətən az olsa da, qiymətlər çox əlverişlidir”.

Natiq Hüseyn