• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 955
— 27.09.2016 15:12

Gədəbəydə kartof yığımına başlanılıb

Respublikanın əsas kartofçuluq rayonu hesab olunan Gədəbəydə məhsul yığımına başlanılıb. Bu il rayonda ötən illə müqayisədə daha çox kartof əkini həyata keçirilib. Ötən il əkin aparılan 11 min 800 hektar kartof sahəsi bu il daha 400 hektar artırılıb. Məhsuldarlıq da ötən illə müqayisədə daha yaxşıdır. Ötən il orta hesabla hər hektardan 89 sentner olmaqla 105 min 812 ton kartof yığılıb. Cari ildə isə hektardan 90 sentner olmaqla 110 min ton məhsul götürülməsi planlaşdırılır. Rayonda əkinəyararlı 13 min 740 hektar ərazinin 12 min 200 hektarında kartof, yerdə qalan hissəsində isə digər kənd təsərrüfatı bitkiləri əkilir. Rayonda kartof əkininə olan maraq hər il artmaqdadır.

Firuddin Məmmədov- fermer: “Mən deyə bilərəm ki, ötən il 60 sot kartof əkmişdim, bu il 40 sot artıraraq 1 hektar əkin əkmişəm. Gördüyünüz kimi, məhsul boldur. Əgər bazar yaxşı olsa, kartofun qiyməti düşməsə, gələn il 2 hektar kartof əkməyi düşünürəm”.

Xaliq Qurbanlı