• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1854
— 24.09.2016 16:35

Şəmkirdə bitki xəstəliyinə yoluxan 12 ton kartof basdırılaraq zərərsizləşdirilib

Kənd Təsərrüfatı Nazirliyinin nəzdində Dövlət Fitosanitar Xidmətinin Gəncə Rayonlararası Bitkilərin Karantin Məntəqəsinə Şəmkir rayonu Düyərli kəndində yerləşən sahədə bitki xəstəliyinə yoluxan kartof məhsulu olduğu barədə məlumat daxil olub. Vahid Əsgərova məxsus sahəyə baxış zamanı oradan kartof güvəsi ilə yoluxan məhsul aşkarlanıb. Görülən tədbirlərlə 12 ton kartof yığılıb, xüsusi ərazidə basdırılaraq zərərsizləşdirilib. Dövlət Fitosanitar Xidməti fermerləri belə hallarla qarşılacaqları təqdirdə məlumat vermələri barədə xəbərdar edir.

Fərid Mehdizadə