• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1862
— 23.09.2016 11:23

Samuxda 350 hektardan artıq sahədə pambıq əkilib

Samuxda pambıqçılığın sovet dönəmindəki şöhrətinin qaytarılması istiqamətində tədbirlərə başlanılıb. Rayonunun Kürqırağı kəndlərində 350 hektardan artıq sahədə pambıq əkilib. Yığımın ilk günlərində proqnozlar özünü doğruldub. Belə ki, sahələrdən orta məhsuldarlıq 27-30 sentner təşkil edir. Samuxda pambıqçılığın inkişafı ilə bağlı keçirilən rayon toplantısında dövlətin bu sahədə diqqətinin artdığı bir vaxtda rayonda ağ qızıldan əldə edilən ürəkaçan məhsuldarlıq fermerlərin bu sahəyə marağını bir qədər də artırıb. Həmçinin pambığın satış qiymətinin artırılması gələn il təkcə Qırmızı Samux qəsəbəsində pambıq sahələrinin 600 hektara çatdırılmasına zəmin yaradır. Toplantında prezident İlham Əliyevin Sabirabad rayonunda keçirdiyi respublika müşavirəsində söylədiyi nitqdən irəli gələn tapşırıq və tövsiyyələr yerli fermerlərə çatdırılıb.

Natiq Hüseyn