• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1687
— 22.09.2016 15:40

48 sahibkara 610 min manat güzəştli kredit verildi

Qərb bölgəsini təmsil edən bu iş adamlarına Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bizneslərini genişləndirmək üçün vəsait verilib. Heyvandarlıq, quşçuluq, tərəvəzçilik və un məmulatları sahələrinin inkişafına yönəldiləcək kredit 50 yeni iş yerinin açılması deməkdir. Fordun Ağstafanın Göycəli kəndində baş tutan işgüzar forum zamanı Gəncə-Qazax regionunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6000-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 221.6 milyon manat güzəştli kredit verildiyinə diqqət çəkilib. Ağstafada həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin də təqdimatı olub.

Rahim İbrahimoğlu