• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1021
— 15.09.2016 16:19

Gəncədə Aqrolizinqin regional nümayəndəlikləri və onların rayon bölmələri üçün 22 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası verilib

Eləcə də qərb regionundan olan 54 fermer 101 ədəd texnikanı lizinq yolu ilə alıb. "Aqrolizinq" tərəfindən ölkə üzrə 6197 fermerə lizinq yolu ilə 13 min 681 texnika və avadanlıqlar əldə edib. Bunun üçün onlara 73 milyon manat güzəşt edilib. Mərasimdə 2 şəhid ailəsi lizinq yolu ilə növbədənkənar texnika ilə təchiz olunub.

Heydər Əsədov -kənd təsərrüfatı naziri: "Hər hansı bir qurum fermerlərlə sövdələşmə sahəsində qiymət diqtə etməyə çalışarlarsa biz həmin “Aqroservis”in xidmətlərindən istifadə edərək bazara qiymət təsir imkanlarımızı artıracağıq. Bu gün yalnız 100 texnika verilir hər gün demək olar ki, tərəfimizdən 6-8 texnika lizinq istifadəçilərinə və digər kənd təsərrüfatı texnikaları “Aqroservislər”ə təqdim olunur. Orta hesabla götürsək biz hər gün 10-dan artıq texnikanı istifadəyə veririk".

Xaliq Qurbanlı