• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1802
— 13.09.2016 13:26

Goranboyda pambığın məhsuldarlığı ürəkaçandır

Bu il Goranboyda  2 min hektarda becərilən pambıqdan 5 min ton məhsul əldə olunacağı proqnozlaşdırılır. Bir neçə gündür başlanılan yığım zamanı 25 ton xam pambıq əldə olunaraq rayon Pambıq İstehsalı və Tədarükü Məntəqəsinə təhvil verilib. Xüsusi tərəzilərdə çəkilən “ağ qızıl”ın 1 kilosunun dəyəri 51 qəpikdən hesablanaraq fermerlərə məntəqədəcə ödəniş aparılır. Goranboyda pambığın keçmiş ənənəsini geri qaytarmaq məqsədiylə dövlət tərəfindən güzəştli kreditlərdən ilkin olaraq 200-dən artıq rayon fermeri yararlanıb və “ağ qızıl”ın əkib becərilməsini həyata keçirir.

Rafət Qurbanov -Goranboy rayon İH-nin əməkdaşı: "2017-ci ilin məhsulu üçün rayon ərazisində 5 min hektarda pambığın əkilməsi həyata keçiriləcək. Bunun üçün tərəfimizdən iş aparılır, sahələr seçilir. Fermerlərlə Pambıq İstehsalı və Tədarükü Məntəqəsi arasında müqavilələr bağlanılır. Bəzi ərazilərdə pambığın becərilməsi üçün torpaqda şum işlərinə başlanılıb”.

Xaliq Qurbanlı