• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1008
— 10.09.2016 15:43

Şəmkirdə kənd təsərrüfatı məhsullarının satış yarmarkası davam edir

Müxtəlif növ kənd təsərrüfatı məhsulları, o cümlədən də mövsümi meyvə və tərəvəzlər, ət və ət məhsulları, un, yağ və digər ərzaqlar. Şəmkirdə  Qurban Bayramı münasibəti ilə təşkil edilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasında sadalanan məhsullar bazardakından xeyli aşağı qiymətə təklif olunub. Bu da alıcıların çox olması ilə satıcıların üzünü güldürüb. Əhalini ucuz və keyfiyyətli məhsullarla təmin etmək üçün yarmarkaya 500 tondan çox məhsul çıxarılıb. Şəmkirlə yanaşı ətraf şəhər və rayonların sakinləri rayon ərazisində yeni salınan bazarda təşkil olunan yarmarkadan razılıqlarını dilə gətiriblər.

Nəzər Pireverdiyev- alıcı: “Qiymətlər alıcı üçün də, satıcı üçün də çox əlverişlidir. Mən şəxsən zoğal, pomidor və badımcan aldım. Çox yaxşıdır, qiymətlər münasibdir”.

Əli Rzayev- satıcı: “Pomidor satıram. Yaxşı bazarımız var. Məhsulumuz da yaxşı satılır. Hər şey çox yaxşıdır”.

Natiq Hüseyn