• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4072
— 19.10.2014 15:29

Azərbaycanlı kikboksinqçi iranlı rəqi ilə döyüşdə qalib gəlib

Azərbaycanlı K-1 ustası Zabit Səmədov növbəti görüşünü keçirib. Kikboksinqçi Dubayda rinqə çıxıb. O, iranlı Cəfər Əhmədi ilə qarşılaşıb. Rəqibin çəkisi ağır olsa da, Səmədov gərgin mübarizə şəraitində keçən döyüşdə qalib gəlib. Zabit ilin sonuna kimi daha bir görüş keçirəcək. Qeyd edək ki, peşəkar rinqdə 92 döyüşə çıxan Səmədov bunlardan 36-sı nokautla olmaqla 80 görüşdə qələbə qazanıb. Hesabında cəmi bir heç-heçə olan idmançı, 11 dəfə uduzub.