• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3915
— 20.10.2014 10:38

Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub

Son oyun günündə bir qarşılaşma keçirilib.

Lənkəran şəhər stadionunda "Xəzər Lənkəran" və "Bakı" komandaları üz-üzə gəlib. Turnir cədvəlinin qonşu pillələrində qərarlaşan komandaların dueli maraq doğurdu.

Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb – 4:0


19 oktyabr 

Azərbaycan Premyer Liqası, 8-ci tur

17:00. “Xəzər Lənkəran” – “Bakı” - 4:0 
Qollar: Alfred Sanko, 34 (1:0), Qalin İvanov, 37 (2:0), Elnur Cəfərov, 43 (3:0), Rauf Əliyev, 79-pen. (4:0)
Qırmızı vərəqə: Elşad Manafov, 70 ("Bakı")
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Knyaz Əmiraslanov, Rahil Əhmədov
Lənkəran şəhəri. “Xəzər Lənkəran” mərkəzi stadionu.


18 oktyabr

“İnter”- “Simurq” - 0:0 
Hakimlər: İnqilab Məmmədov, Munis Abdullayev, Coşqun Həsənov, Ziya Nəsirov
Bakı. “İnter Arena”.

“Araz Naxçıvan” – AZAL - 2:2
Qollar: Rəşad Abdullayev, 24-pen (0:1), David Janelidze, 44 (1:1), Konseysao Eduardo, 49 (1:2), Bəxtiyar Soltanov, 63 (2:2) 
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Teymur Fərhadov
Naxçıvan Muxtar Respublika stadionu.


17 oktyabr (cümə)

“Qarabağ” – “Qəbələ” - 2:0 
Qollar: Vüqar Nadirov, 45+2 (1:0), Reynaldo, 90-pen (2:0)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Nail Nağıyev
Tofiq Bəhramov adına Respublika stadionu.

“Sumqayıt” – “Neftçi” - 0:1
Qol: Ernest Nfor, 12 (0:1) 
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Rahil Ramazanov, Feyzulla Feyzullayev
Sumqayıt şəhər stadionu.