• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 994
— 18.10.2014 11:44

Türkiyə Superliqasının 6-cı turunun görüşləri çərçivəsində İstanbul derbisi baş tutacaq

Ölkəmizdə də az sayda azarkeşi olmayan "Qalatasaray" və "Fənərbaxça" kollektivləri "Türk Telekom" arenada güclünü ayırd etməyə çalışacaq.

Çempionatda son iki görüşünü qələbə ilə başa vuran "sarı qırmızılılar"da əsas qol silahı olan Burak Yılmazın zədəli olması baş məşqçi Cezare Prandellini düşündürən əsas məqamlardandı. "Kayseri Erciyesspor"la keçirilən görüşdə sağ ayağından zədə alan Türkiyə millisinin hücumçusu müalicə alır. 29 yaşlı oyunçunun derbiyə yetişməsi bir o qədər inandırıcı görünmür. Burakın yoxluğunda böyük ehtimalla hücum xətti Umut Bulutun öhtəliyinda olacaq.

İsmail Kartalın başçılıq etdiyi Fənərbaxça cəbhəsində isə vəziyyət nisbətən ürəkaçandı. Belə ki, zədəli olmaları səbəbindən Türkiyə millisinin də heyətində yer almayan qapıçı Volkan Dəmirəl və Emre Belezoğlu komanda ilə birgə məşqlərə başlayıb və "Qalatasaray"la görüşdə forma geyinəcəklər. Lakin Seneqal yığmasının heyətində zədələnən Mousa Sovun qarşılaşmanı kənarda izləmək ehtimalı var. "Torku Konyaspor"la matçda qırmızı vərəqə alan Bekir İrtegün və cari mövsümün əvvəlindən zədəsi olan Egemen Korkmaz derbidə meydana çıxmayacağı dəqiqləşən futbolçulardı. Maraq üçün bildirək ki, ötən mövsüm bu komandalar arasında reallaşan hər iki görüşü "Fənərbaxça" qazanıb. 2:0, 1:0. Axşamkı görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmada ədaləti Cüneyt Çakır qoruyacaq.