• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1179
— 18.10.2014 11:43

İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun elit-raund mərhələsinin püşkatması keçirilib

Püşkün nəticəsinə əsasən təmsilçimiz “Araz” Rusiyanın "Dina", Slovakiyanın "Slov-Matik" və Çexiyanın "Xrudim" komandaları ilə B qrupunda mübarizə aparacaq. Bu qrupun oyunları Çexiyada təşkil olunacaq. Qeyd edək ki, “Araz” hazırda futzal klublarının UEFA reytinq siyahısında İspaniyanın “Barselona” və Qazaxıstanın “Kayrat” klubundan sonra 3-cü pillədə qərarlaşıb. Elit mərhələnin oyunları noyabrın 18-dən 23-dək keçiriləcək. “Araz”ın yeni baş məşqçisi Faustino Peres cari avrokubok mövsümündə ilk ciddi sınağını məhz UEFA Kubokunun elit mərhələsində verəcək.