• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2253
— 18.10.2014 11:41

Oktyabrın 21-28-i tarixlərində Qəbələdə keçiriləcək atıcılıq üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb

Yığmamız yarışda 4 idmançı ilə təmsil olunacaq. Belə ki, rəsmi açılış mərasimi oktyabrın 22-nə təsadüf edəcək Dünya Kubokunda ölkəmizin idman şərəfini stend atıcılığında Nurlana və Emin Cəfərovlar, güllə atıcılığında İradə Aşumova və Ruslan Lunyov qoruyacaq. Əlavə edək ki, yarışa 40 ölkədən 280 snayper, ümumilikdə 500-dək qonaq qatılacaq. Qonaqlar arasında Beynəlxalq Atıcılıq Federasiyası  və Avropa Atıcılıq Konfederasiyasının rəsmi şəxsləri də olacaq.