Bu günə xəbərlərin oxunma sayı: 683
— 03.06.2016 10:16

Bakıda “I Beynəlxalq türk dünyasının ortaq dili - naxışlar” adlı simpozium keçirilib

Azərbaycan Xalça Muzeyində “I Beynəlxalq türk dünyasının ortaq dili - naxışlar” adlı simpozium təşkil olunub. Simpozium Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirdə mədəniyyət xadimləri, millət vəkilləri, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri və çoxsaylı qonaqlar iştirak edib. Simpozium bilavasitə türk mənşəli xalqların xalçaçılıq sənətinə aid olan naxışların yenidən türkdilli dövlətlərdə və regionlarda tanıdılması məqsədilə təşkil olunub.

Şirin Məlikova- Xalça Muzeyinin direktoru: “Bu xalça simpoziumun simvolu olacaq. Bu xalça bizim muzeyimizdə hazırda toxunur. Onun üzərində bütün türk dilli xalqların ənənəvi ornamentləri öz əksini tapır”.

Simpozium proqramı çərçivəsində qonaqlar həmçinin Əməkdar rəssam Mübariz Əkbərovun əl işlərindən ibarət “Metalda həkk edilən gözəllik” adlı sərgilə tanış olub. Sərgi Xalq Rəssamı Lətif Kərimovun 110 illiyinə həsr edilib.

Mübariz Əkbərov- Əməkdar rəssam: “Bu cür  dünya sərgiləri çoxdur. Lakin Azərbaycanda bu tip sərgiləri keçirtmək çətindir. Çox sevinirəm ki, bizdə bu cür sərgilər bu səviyyəyə gəlib çıxıb”.

Qeyd edək ki, 2 gün davam edəcək tədbirdə seçilən mövzuya uyğun məruzələr dinləniləcək.

Kamal Yaşar