Kəlbəcər Mərkəzi Rayon Xəstəxanasının həkim birqadası tərəfindən fevralın 15-dən başlayan aksiya çərçivəsində təxminən 16 min 830 məcburi köçkün müayinə edilib. 355 nəfərdə ilkin xəstəlik halları müəyyən edilib. 368 nəfər ambulator müalicəyə buraxılıb, 55 nəfər isə stasionar şəraitdə müalicəyə cəlb olunub. 32 xəstə paytaxta ixtisaslaşımış tibb müəssisələrinə müalicəyə göndərilib.
Goranboy Mərkəzi Rayon Xəstəxanasında isə 13 şöbə üzrə 748 min 844 nəfər müayinədən keçirilib. 157 nəfər təyin olunan xəstəlikləri üzrə Bakıya göndərilib. 338 nəfər isə Goranboy Mərkəzi Rayon Xəstəxanasında stasionar müalicəyə cəlb edilib.
Vilayət Bayramov- Goranboy Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin müavini: “Tibbi müayinə rayonun 85 yaşayış ərazisində 65 tibbi məntəqəsi tərəfindən aparılıb. Rayon mərkəzi xəstəxanası, Dəliməmmədli, Xanqərvəd xəstəxanalarında 20 həkim və 40 tibb məntəqəsi tərəfindən aparılıb. Ötən ilə nisbətən bu il artım olub. Ötən il 72 minə yaxın insan müayinə olunub, bu il isə 74 min 844 nəfər müayinə edilib”.
Elnur Vahidoğlu
- Baxış: 565