• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1821
— 01.06.2016 13:57

Şəmkir və Samuxda uşaqlar əylənərək bu günün dadını çıxarıblar

Bu gündən bölgələrdə yaşayan balacalara da pay düşüb. Uşaqların əylənməsi, vaxtını mənalı keçirməsi üçün Şəmkirdə və Samuxda təşkilatçılar maksimum çalışıb.

Balacaların əl işlərindən ibarət sərgi, yaradılan uşaq kitabxanası və digər maraqlı güşələr Şəmkirdə uşaq festivalında izlənilən mənzərədir. Rayondakı istirahət parkında uşaqların bayramı əyləncəli keçirməsi, yaxşıca istirahəti təmin edilib. Rayon əhalisindən təxminən 47 mini uşaqlardır ki, onlardan da 3 mini uşaq bağçalarında tərbiyə alır. Məktəbəqədər hazırlığın müasir tələblər səviyyəsində olması üçün yerli büdcə hesabına rayon mərkəzində və Dəllər qəsəbəsində 3 körpələr evi-uşaq bağçasının binası yenilənib. Hazırda Kür qəsəbəsində uşaq bağçasının müasirləşdirilməsi istiqamətində tədbirlər görülür və yaxın vaxtlarda balacaların ixtiyarına veriləcək. Bayram tədbirində fəallığı və bacarığı ilə seçilən balacalar da diqqətdən kənarda qalmayıb.

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Samux rayonunda da qeyd edilib. Xüsusi olaraq zövqlə bəzədilən istirahət parkı uşaqların sevincinə səbəb olub. Uşaqları təbrik etmək üçün bu məkana yüzlərlə rayon sakini toplaşıb.

Aztəminatlı və imtiyazlı ailələrin övladları, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar Samuxdakı bayram tədbirində diqqət mərkəzində olub. Yaradılan şərait, onların vaxtının səmərəli təşkili uşaqların ürəyincə olub. Rayondakı 16 məktəbəqədər müəssisəsinin balacalarının çıxışları da bayram tədbirinə əlavə çalarlar qatıb. Bu il əsaslı şəkildə yenidən qurulan və müasir avadanlıqlarla təchiz olunan şəhər 1 və 3 saylı, eləcə də Albaşlı qəsəbə uşaq bağçaları, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenilənən 2 körpələr evi balacaların hərtərəfli inkişafına xidmət edir. Yaxın günlərdə hər iki tərbiyə ocağı qapılarını balacaların üzünə açacaq. Bayram tədbirində ifası, rəqsləri və şeirlərini ifası ilə fərqlənənlərə hədiyyələr də təqdim olunub.

Natiq Hüseyn