• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1621
— 01.06.2016 12:47

Bakı Slavyan Universitetinin müəllim və tələbələri GDU-da olub

Azərbaycanda yaşayan bütün etnik xalqların dili və dini qorunur və respublikada olan 400-ə yaxın orta məktəbdə azsaylı xalqların uşaqları öz dillərində tədris alır. Bakı Slavyan Universitetinin Azərbaycan Multikulturalizm kafedrasının bir qrup müəllim və tələbəsi ilə Gəncə Dövlət Universitetində baş tutan görüşdə ölkədə multikultural ənənələrin tarixi, bu günədək qorunub saxlanılması diqqət mərkəzində olub. Dünyada örnək olacaq bu dəyərlərin inkişaf etdirilməsinə yönələn “Müasir mərhələdə Azərbaycanda multikultural dəyərlər” adlı konfransda hər iki universitetitin bu istiqamətdə birgə fəaliyyətinə diqqət çəkilib.

Rauf Hacıyev- Bakı Slavyan Universitetinin Azərbaycan Multikulturalizm kafedrasının dosenti: “Multikulturalizm ilində prezidentin sərəncamından irəli gələn müəyyən proqramlar nəzərdə tutulub. Müəyyən konfransların, simpoziumların, tələbələr arasında görüşlərin, universitetlər arasında əlaqələrin qurulması və eyni zamanda hər bir universitet daxilində müəyyən əlavə proqramlarda təklif oluna bilər. Bu da ancaq nəzərdə tutulan və keçiriləcək tədbirlərdən irəli gələcək”. 

Alialem Buqayıt- Bakı Slavyan Universitetinin tələbəsi: “Bu gün keçirilən konfransla bağlı bura gəldik. Multikultural dəyərlərə önəm verilməsi məni çox sevindirir. 16 ildir mən Azərbaycanda yaşayıram. Bu dəyərlərin getdikcə artmasını görürəm. Əslində birlik, bərabərlik çox gözəldir. Bu dəyərlərədə önəm verildiyi üçün daha gözəl gələcək bizi gözləyir”.

Elnur Vahidoğlu