Azərbaycanın işğalçı Ermənistana qarşı azadlıq müharibəsi aparmaq haqqının beynəlxalq birlik tərəfindən tanınması. Bu gün Gəncədə baş tutan beynəlxalq forumun iştirakçıları bu fikir ətrafında müzakirələr aparıb. İran, Türkiyə, Gürcüstan və Rusiyadan olan nümayəndələrlə birgə Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin formatı, regional münaqişələrin həllinə mane olan amillər götür-qoy edilib. Türkiyəyə qarşı beynəlxalq güclərin təzyiq və təhdidləri, o cümlədən Metsamor AES-in bağlanması tələblərinə xüsusi diqqət yetirilib. “İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum” Gəncədən öncə Bakı və İzmirdə baş tutub.
Akif Nağı- forumun təşkilatçısı: "Məqsədimiz ondan ibarətdir ki, bizim gücümüz nəyə çatırsa o işləri görməliyik və dövlətlərin, dövlət rəhbərlərinin apardıqları işə öz dəstəyimizi, payımız verməliyik. Bunun üçün də biz bu ölkələrin daxil olduğu ərazidə QHT-lərin bir əlaqələndirmə şəbəkəsini qururuq".
Gülnar Fazilqızı
- Baxış: 500