Azərbaycanda otelçilik yeni sahə olduğundan, bu sahədə xidmət səviyyəsinin yüksəldilməsi prioritetdir. Bunun üçün tez-tez xarici ölkələrdən təcrübəli şəxslər dəvət olunur ki, yerli kadrların peşəkarlıq səviyyələrinin yüksəldilməsinə nail olunsun. Elə mayın 24-dən bu günəcən Türkiyəli mütəxəssislərin Gəncədə keçdikləri təlimlər də bu məqsədə xidmət edirdi. Nəticə etibarilə təlimlərdən 100 nəfər yararlanıb, onlardan 96-na sertifikat verilib. Mehmanxana sahəsində xidmət səviyyəsinin yüksəldilməsi üçün bu kimi təlimlərin keçirilməsi ənənə halını alacaq.
Fariz Hüseynov- iştirakçı: "Mən rəhbərçilik bölümündə iştirak etdim. Otel idarəçilərinin təlimçi kimi yetişdirilməsi ilə bağlı idi. Bu 8 gün ərzində çox maraqlı oldu. Türkiyədən dəvət olunmuş təlimçilər bizi can-başla öyrətdilər. Yəni nəticələr qənaətbəxşdir..."
Zülfiyyə Telmanqızı
- Baxış: 761