• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1809
— 29.05.2016 16:12

Gəncədə xüsusi qayğıya ehtiyacı olan uşaqlar tamaşa nümayiş etdiriblər

"1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar tamaşa nümayiş etdiriblər. Tamaşa Gəncə Dövlət Dram Teatrının səhnəsində oynanılıb.

“Zəhmət dastanı” hekayəsi əsasında hazırlanan "İşləməyən dişləməz" adlı səhnə əsərində Azərbaycana Birgə Yardım Təşkilatının Gəncə İcma əsaslı Reabilitasiya Mərkəzinin doqquz istedadlı üzvü rol alıb. Tamaşa 7-8 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Faiq Qasımov, quruluşçu rəssamı Ülkər Əsgərova, musiqi tərtibatçısı isə Elşən Cəfərovdur. Tamaşada Reabilitasiya Mərkəzindən bəhrələnən uşaqlarla yanaşı, Gəncənin tədris müəssisələrində təhsil alan şagirdlər də rol alıb.

Rəzalə Abbasova- Azərbaycana Birgə Yardım Təşkilatının Gəncə İcma əsaslı Reabilitasiya Mərkəzinin koordinatoru: "Bu da bu uşaqların eyni hüquqlara malik olduğunu göstərir. Onlar cəmiyyətdə bir-birindən ayrılmamalıdırlar. Baxmayaraq ki, xüsusi qayğıya ehtiyacları var, amma onalrın hər biri uşaqdır".

Gəncə Uşaq evinin, İncəsənət Məktəbinin və SOS Uşaq Kəndinin uşaqları da tədbirdə müxtəlif mahnı və rəqs ifaları ilə iştirak ediblər.

Gülnar Fazilqızı