ASAN könüllülərinin təşəbbüsü ilə ərsəyə gələn ekran əsəri Azərbaycanın ilk müstəqillik dövrünə - 1918-1920-ci illərdə baş verən hadisələrə həsr olunub. Nümayişin özəlliyi eləcə də, filmin eyni vaxtda online olaraq Bərdə və Sabirabadda göstərilməsi olub. İstiqlaliyyət uğrunda mübarizə aparan şəxslərin həyatını işiqlandırmaq üçün filmin çəkilişləri Türkiyədə də aparılıb. Sənədli filmdə Azərbaycanın müstəqilliyini bərpa etməsi və bugünki tərəqqisinə də yer ayrılıb.
Bəxtiyar İslamov - ASAN Könüllülər Təşkilatının sədri: "Filmdə 28 mayın, xüsusilə də Cümhuriyyət dövrünün müstəqillik dövrü ərzində fəallarının nəvələri, həmin şəxslərə yaxın olan adamlardan müsahibələr götürülmüşdür. Nümunə olaraq deyə bilərik ki, videoda Fətəli Xan Xoyskinin qardaşı nəvəsi öz fikirlərini, həmin günlərlə bağlı tarixi xatirələrini, babası və atası ilə bağlı xatirələrini bölüşür".
Vüsalə Camal
- Baxış: 2125