• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1737
— 27.05.2016 15:03

GDU-da “28 May Respublika Günü” adlı tədbir keçirilib

XX əsr Azərbaycan xalqının həyatında, azadlıq və istiqlaliyyət uğrunda böyük mübarizələr əsri olub. Ötən əsrin əvvəllərində yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində demokratiya prinsiplərinə əsaslanan və bununla da ABŞ, Böyük Britaniya kimi dövlətləri qabaqlayan ilk dövlət olub. Bu fikirlər Gəncə Dövlət Universitetində “28 May Respublika Günü” adlı tədbir də səslənib. 23 ay sonra Xalq Cumhuriyyəti süqut etsə də bu gün qazanılan müstəqilliyimiz daha da etibarlı əllərdədir. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan hazırda regionun ən çox inkişaf etmiş qüdrətli dövlətidir. Çıxışlardan sonra universitetin özfəaliyyət kollektivi xalqa, torpağa aid şeirlər səsləndirib, vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

 

Ruhəngiz Hacızadə