Azərbaycanda tibb elminin inkişafında və ölkənin ictimai-siyasi həyatında akademik Vəli Axundovun böyük xidmətləri var. Ölkədə ətraf mühitin, o cümlədən su təchizatı, torpağın gigiyenası sahəsində tibbi-ekoloji problemlərin aktual aspektlərinin tədqiqi onun adı ilə bağlıdır. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Vəli Axundovun 100 illik yubileyinə həsr olunan konfransda ətraf mühitin qarşılıqlı əlaqəsi faktorlarının insan orqanizminə təsiri, infeksiya xəstəliklərinin su, torpaq, hava vasitəsilə yayılmasının qanunauyğunluğunun akademik tərəfindən öyrənildiyi önə çəkilib. Vəli Axundovun respublikada səhiyyə işinin təşkilinə verdiyi töhfələrə də nəzər salınıb.
Sin Fuad Əliyev AMEA-nın- Gəncə bölməsinin direktoru: “Vəli Axundov elə məni kimi o da ilk təhsilini kimya fakültəsində alıb. Sonralar 12 ilə yaxın Mikrobiologiya Gigiyena İnstitutuna rəhbərlik edib və bu dövrdə onun rəhbərliyi altında çoxlu kadrlar hazırlanıb. Azərbaycanda mikrobiologiya elminin inkişafında müxtəlif istiqamətlər inkişaf etdirilib. Bu gün də Mikrobiologiya İnstitutu fəaliyyət göstərməkdədir”.
Elnur Vahidoğlu
- Baxış: 498