• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1580
— 27.05.2016 14:42

Tomas Qolts “Azərbaycan gündəliyi” adlı kitabını Gəncədə təqdim edib

Amerikalı professor, keçmiş müharibə müxbiri Tomas Qolts  “Azərbaycan gündəliyi” adlı kitabını Gəncədə təqdim edib. ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə baş tutan təqdimat mərasimində müəllif Azərbaycanın yeni müstəqillik əldə etdiyi illərdə bir çox hadisələrə şəxsən şahidlik etdiyini, xüsusən 1991-93-cü ildə baş verənləri qələmə aldığını bildirib. 535 səhifəlik kitabin ingilis dilindən Azərbaycan dilinə tərcüməsi və nəşri ADA Universitetinin maliyyə dəstəyi ilə reallaşıb. Oxucular nəşri yazıçının imzası ilə əldə etmək imkanı da qazanıblar.

Stefan Qays ABŞ-ın  Azərbaycandakı səfirliyinin nümayəndəsi: “Bu kitabın Azərbaycan dilinə tərcümə olunması və burada oxucuya təqdim edilməsi bizi sevindirir. Kitabı əvvəlcə amerikalı diplomatlar oxuyurdusa, indi Azərbaycanda da oxucular onunla tanış ola biləcəklər. Şəki və Gəncədən sonra növbəti təqdimat mərasimi Tovuzda olacaq”.

 

Vüsalə Camal