Bu günə xəbərlərin oxunma sayı: 1371
— 24.05.2016 10:16

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Cəfər Cabbarlı mükafatının təqdimat mərasimi keçirilib

Mükafat böyük yazıçının 100 illiyi münasibəti ilə Cəfər Cabbarlı teatrının və yaradıcılığının səhnə təcəssümü, tədqiqi və təbliği sahəsində müstəsna işlərə, əsərlərə, Azərbaycan ədəbiyyatının və teatrının, estetik fikrinin inkişafında xüsusi hadisə olan bədii nümunələrə görə teatr xadimlərinə və dram yazarlarına təqdim edilib.

2016-cı ilin Cəfər Cabbarlı mükafatının təqdimatı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyinin layihəsi əsasında həyata keçirilib.

Hamlet İsaxanlı -Xəzər universitetinin rektoru: Cəfər Cabbarlı mənim uşaqlıqdan ən sevdiyim dramaturq olub. Azərbaycan dilinin incəlik, dərinlik və səmimiliyini Cabbarlı qədər istifadə edən olmayıb. O həsrətin, sevginin, nisgilin böyük ustası olub”.

2016-cı ilin mükafatına xalq şairi Nəriman Həsənzadə, xalq artisti Fuad Poladov, filologiya elmləri üzrə fəlsəfə doktoru Rauf Sadıxov, yazıçı-publisist Sadıq İbrahimov, filologiya üzrə fəlsəfə doktoru Gültəkin Mirqasımova və xalq artisti Mələkxanım Əyyubova layiq görülüb. Qeyd edək ki, Cəfər Cabbarlı mükafatı ilk dəfə 2001-ci ildə təsis olunub.

Kamal Yaşar