• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2314
— 16.10.2014 10:28

Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunan növbəti açıq Respublika turniri keçiriləcək

Dünya Güləş Birliyinin qaydalarına əsasən, yarışlarda güləşçilər 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq çəki dərəcələrində mübarizə aparacaqlar. Turnirdə iştirak üçün sərbəst və yunan-Roma güləşi üzrə keçirilən seçim xarakterli zona yarışları artıq başa çatıb. Nümayəndəliklər üzrə qalib gələn güləşçilər ayrılan saya uyğun olaraq xatirə turnirində iştirak hüququ əldə ediblər.

Bildirək ki, Azərbaycan Güləş Federasiyasının nümayəndəlikləri üzrə keçirilən seçim yarışlarında ümumilikdə, sərbəst güləş üzrə 706, yunan-Roma güləşi üzrə 449 yeniyetmə güləşçi mübarizə aparıb. Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunan açıq Respublika turnirinin final mərhələsində, bütövlükdə, AGF-nin 8 nümayəndəliyini təmsil edən 150 sərbəst və 145 yunan-Roma güləşçisi qüvvəsini sınayacaq.