• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 989
— 15.10.2014 11:40

AVRO-2016-nın seçmə mərhələsində III turun son oyunları başa çatıb

Yekun matç günü D, E, F və İ qrupun komandaları mübarizə aparıb.

 II turda Polşaya uduzan (2:0) Almaniya bu dəfə İrlandiyanı sınağa çəkib. Bundestim təmsilçisi yenə azarkeşlərini sevindirə bilməyib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Polşa isə Şotlandiyanı qəbul edib. Bu görüşdə də qalib müəyyənləşməyib. Hərəyə 2 qol vuran komandalar meydandan sülhlə ayrılıb.

Portuqaliya isə ilk 3 xalına sevinib. Danimarkanı qəbul edən yeni baş məşqçi Fernando Santuşun yetirmələri qələbəni son dəqiqədə əldə edib. Kriştianu Ronaldonun 90+5-ci dəqiqədə vurduğu qol oyunda qalibi müəyyənləşdirib.

Qeyd edək ki, milli komandamız 3-cü matçında səfərdə Xorvatiyaya 0:6 hesabı ilə məğlub olub.

 

AVRO-2016-nın seçmə mərhələsi

14 oktyabr

D qrupu

Almaniya - İrlandiya - 1:1

Qollar: Kroos, 71 - O'Shea, 90+4

 

Polşa – Şotlandiya - 2:2

Qollar: Mąszynski, 13, Milik, 76 - Maloney, 18, Naismit, 57

 

Cəbəllütariq – Gürcüstan - 0:3

Qollar: Gelaşvili, 9, Okriaşvili, 19, Kankava, 66

 

 

E qrupu

San-Marino – İsveçrə - 0:4

Qollar: Səfəroviç, 10; 24, Cemaili, 30, Şaqiri, 79

  

 

F qrupu

Finlandiya - Rumıniya - 0:2

Qollar: Stanku, 54; 83

 

Yunanıstan – Şimali İrlandiya - 0:2

Qollar: Vard, 9, Lafferti, 51

   

Farer adaları – Macarıstan - 0:1

Qol: Szalai, 21

 

 

 

İ qrupu

Danimarka – Portuqaliya - 0:1

Qol: Ronaldo, 90+5

 

Serbiya - Albaniya - 0:0 (yarımçıq dayandırıldı)