• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1127
— 17.04.2016 23:24

Gəncədə ofisiantlar toya gələn qonağı döyüblər

Hadisə şənbə günü şəhərdə faliyyət göstərən şadlıq saraylarından birində baş verib. Toy məclisində  qonaq olan şəhər sakini 23 yaşlı Asif Əliyev ofisiantlar tərəfindən döyülüb.  Asif Əliyevin bildirdiyinə görə, mübahisəyə səbəb onun ailəsinə məxsus əl telefonunun ofisiantlar tərəfindən götürülməsi səbəb olub. Telefonunu tələb edən Asif Əliyevə ofisiantlar yumuruqla cavab verib. Aldığı xəsarətlərdən zərərçəkən Gəncə şəhər TTYX-ya gətirilib. Faktla bağlı Kəpəz Rayon Polis Şöbəsi tərəfindən araşdırmalara başlanılıb. 

İlham Məmmədzadə