• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4120
— 14.10.2014 17:14

Gəncədə biçaqlanma hadisəsi baş verib

Ötən gün axşam saatlarında Gəncə şəhər Kəpəz rayon inzibati ərazi vahidliyinə daxil olan Hacıkənd qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Sumqayıt şəhər sakini 30 yaşlı Pərviz Musayev ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Zərəçəkən dərhal əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə şahidlərinin bildirdiklərinə görə, Pərviz Musayevi ailə münaqişəsi zəminində həyat yoldaşı bıçaqlayıb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.