• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4063
— 14.10.2014 17:40

Qaradağda taksi sürücüsünə qarşı soyğunçuluq edilib

Qaradağ rayonunda 4 nəfər birləşərək taksi sürücüsünə qarşı soyğunçuluq edib. Dəstə üzvlərinin taksi sürücüsünün başına gətirdiyi oyunları növbəti materiala baxdıqdan sonra biləcəksiniz.

Paytaxt sakini Namiq Mirağayev Qaradağ Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Sənqaçal qəsəbəsində bir qrup şəxs tərəfindən ona qarşı soyğunçuluq edildiyini bildirib. 11-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Seymur Zalov, Tural Talıblı, Səyyad Mirzəyev və Ülkər Quliyeva saxlanılıb. Araşdırma  zamanı məlum olub ki, Ülkər Quliyeva keçmiş həyat yoldaşı Seymur Zalovdan ayrıldıqdan sonra bir müddət Namiq Mirağayevlə qeyri- rəsmi münasibətdə olub. Namiq Mirağayev də Ülkərdən ayrılmaq istəyəndə qadın keçmiş həyat yoldaşına zəng edərək tanımadığı şəxsin onu narahat elədiyini bildirib. Bu zaman Seymur Zalov Namiq Mirağayevlə telefonla danışıb və onunla görüşmək istədiyini deyib, Namiq isə görüşməkdən imtina edib. Saxlanılan şəxslər bundan sonra Namiqi ələ keçirmək üçün plan hazırlayıblar. Sənqaçal qəsəbəsindən tanışına torpaq almaq adı ilə Namiq Mirağayevə zəng edən Ülkər Quliyeva Səyyad Mirzəyevin avtomobili, Namiq isə öz avtomobili ilə onların arxasınca Sənqaçala gedib.

Seymur Zalov isə tanışı Tural Talıblı ilə birlikdə öz maşını ilə onları arxadan müşayiət edib.

Sənqaçalda Seymur Namiqi yerə yıxdıqdan sonra özü ilə davaya gətirdiyi tanışları ilə birlikdə zərərçəkəni avtomobilin yük yerinə qoyaraq hadisə yerindən uzaqlaşıblar.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam edir.