• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4054
— 14.10.2014 17:04

Bakıda silsilə oğurluqlar törədən 30 yaşlı qadın tutulub

Polisin araşdırması zamanı saxlanılan şəxsin ilkin olaraq 7 qurbanı olduğu müəyyən edilib.

Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Zaqatala rayon sakini, 30 yaşlı Ülkər Əzizova yaxalanıb. Müəyyən edilib ki, o, sentyabrın 25-də Azadlıq prospektində yerləşən ticarət mərkəzində olan mağazanın paltar dəyişmə otağından Gülbəniz Cəfərovanın içərisində 600-800 manat, 400 ABŞ dollar, şəxsiyyət vəsiqəsi və 3 ədəd kredit kartı olan əl çantasını, sentyabrın 28-də Azadlıq prospektində yerləşən mağazalardan birində Xırdalan şəhər sakini İnci Talıbovaya məxsus mobil telefon naməlum şəraitdə oğurlayıb. Bundan əlavə o, oktyabrın 2-də Azadlıq prospektində yerləşən ticarət mərkəzində paltar dəyişmə otağında Bakı şəhər sakini Afaq Həsənzadənin içərisində bankomat kartı, ev açarları, 480 manat, 400 türk lirəsi, 35000 rubl olan pul kisəsini, oktyabrın 4-də Bakı şəhər sakini Aynur Qiyasovanın içərisində 500 manat olan pul kisəsini, Şərur rayon sakini Lətifə Məmmədovanın içərisində 105 manat, şəxsiyyət vəsiqəsi və 3 ədəd sim nömrə kartı olan pul kisəsini, oktyabrın 8-də həmin ticarət mərkəzində Mahiyət Əzimovanın əl çantasından içərisində 262 manat və şəxsiyyət vəsiqəsi olan pul kisəsini, oktyabrın 11-də isə Sabina Süleymanovanın əl çantasından içərisində 37 manat və şəxsiyyət vəsiqəsi olan pul kisəsini talayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi qaldırılıb, araşdırmalar davam etdirilir.