• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4134
— 14.10.2014 17:05

Bərdə polisi kompyuter mağazalarından oğurluq edən azyaşlıları yaxalayıb

16 və 17 yaşlı Yevlax rayon sakinləri Ağdaş, Ucar, Bərdə rayonlarında kompyuter mağazalarından oğurluq ediblər. Noutbuklar, planşetlər, elektron yaddaş cihazları oğurlayan oğrular vintaçan alətlə mağazanın şüşəsini sındıraraq içəri daxil olduqlarını bildirib. Əvvəlcə rayonlara gedib oğurlayacaqları mağazaları müəyyən etdikdən sonra gecələr soyğunla məşğul olublar.

Bərdə rayon Polis Şöbəsindən aldığımız məlumata görə,  Bərdədəki mağazadan oğurlanan əşyaların ümumi dəyəri 3080 manatdır. Hazırda Bərdə polisi saxlanılan şəxslərin digər cinayətlərdə iştirak edib etməməsini araşdırır.