• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3753
— 07.04.2016 10:42

Cənubi Azərbaycandan ordumuza dəstək

Cəbhə bölgəsində baş verən son hadisələri Cənubi azərbaycanlıları da yaxından izləyir və hər imkanda bizə dəstək olmağa çalışırlar. Növbəti belə dəstək Təbrizin "Traxtor" futbol klubunun Asiya Çempionlar Liqasının qrup mərhələsinin ev oyununda olub. Təbriz təmsilçisinin Özbəkistan "Paxtakor"unu 2:0 hesabıyla məğlub etdiyi oyunda cənublu azarkeşlər Qarabağa aid şüarlar söyləyib.  Bundan əlavə, "Traxtor"un futbolçusu Səid Ağayinin qol sevinci də diqqət cəlb edib. Belə ki, "qırmızı qurdlar"ın ikinci qoluna imza atan Ağaei qol sevincini qeyd edərkən tribunalara tərəf əsgər salamı verib. İranın gənclərdən ibarət millisinin şərəfini qoruyan Səid 1995-ci ildə Təbrizdə doğulub.

Orxan Cəfərzadə