• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4049
— 13.10.2014 18:27

Bakının Zirə qəsəbəsində qətl hadisəsi baş verib

İki qohum arasında uzun müddətdir ki, sürən ədavətə son verilməsi sonda birinin həyatı bahasına başa gəlib.

Hadisə oktaybın 13-nə keçən gecə Xəzər rayonunun Zirə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 18 yaşlı Asif Məmmədov aralarında yaranan mübahisə zəminində qohumu Oqtay Rzayevi bıçaqlayaraq qətlə yetirib. Asif Məhhəmmədov həmyerlisinin öldüyünü görüb cinayətdə istifadə etdiyi bıçaqla polisə gediərək təslim olub. O istintaqa ifadəsində töətdiyi cinayət əməlini etiraf edib. Saxlanılan şəxs Oqtay Rzayevi öldürdüyünə görə peşiman olmadığını bildirib, o, həmyerlisini nəyə görə qətlə yetidiyini isə açıqlamayıb. Şahid dindirmələri zamanı məlum olub ki, mərhum hadisədən öncə səhər saat 5 radələrində Asif Məmmədovu evlərindən kənara çağıraraq onunla aralarındakı ədavətə son qoymaq istəyib. Göüşən qohumlar arasında söhbət əsnasında mübahisə davam edib. Bu zaman əsəbinə hakim ola bilməyən Asif Oktaya bir neçə bıçaq zərbəsi endirib. Qətli Törətməkdə şübhəli bilinən Asif Məmmədovun sözlərinə görə, hadisə ilə bağlı qardaşı oğlu polisə təslim olandan sonra məlumat alıblar. Bununla belə əmi qardaşı oğlunun qohumunu nə üçün öldüdüyündən xəbəsizdir

 

Faktla bağlı Xəzər Rayon Prokuorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldümə maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam edir. Artıq saxlanılan Asif Məmmədovun barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayəti sübuta yetiriləsə qohumunu qətlə yetirməklə bağlı saxlanılan Asif Məmmədovu ən azı 7, ən çoxu isə 12 il azadlıqdan məhrumetmə cəzası gözləyir.