Azərbaycanın xalçaçılıq ənənələri qorunacaq və “Qarabağ xalçaları” bütün dünyada tanıdılacaq. Bu Xocavənd rayonunda yeni həyata keçirilən layihə çərçivəsində mümkün olacaq.
Xocavənd rayonunun Yeni Xocavənd qəsəbəsində “Qarabağ xalçaları” layihəsinin təqdimat mərasimi olub.Tədbirdə 6 ay bundan öncə start götürən layihə çərçivəsində yaradılan xalçaçılıq kurslarına artıq 20-yə yaxın rayon sakininin cəlb olunduğu bildirilib. Kurs iştirakçıları tərəfindən toxunan xalçalar qonaqlara nümayiş etdirilib. Adı çəkilən layihənin əsas məqsədinin Azərbaycanın xalçaçılıq ənənələrinin qorunması və Qarabağ xalçalarının dünyaya tanıdılması olduğu bildirilib.
Haldun Yavaş -Xəzər Strateji Araşdırmalar İnstitutunun rəhbəri: “Bu layihəni ilk olaraq Amerikada tanıtdıq. İndiyə qədər qadınlara Qarabağ xalçası necə toxunur bunu öyrənmələrinə çalışdıq. Ancaq bundan sonra bu sadəcə bir öyrətmək kimi qalmayacaq. Burada əsas hədəfimiz işləyən, çalışan insanlardan ibarət bir mərkəzin olmasına nail olmaqdır. Qarşımızda duran əsas hədəflərimizdən biri də Qarabağ xalçasının bir dünya markası olaraq dünya bazarına çıxmasını təmin etməkdir”.
Tədbir uşaqlarının ifasında rəqs və mahnı nömrələri ilə davam etdirilib. Sonda qonaqlara xalçalar hədiyyə edilib.
Gülşən Zabitqızı
- Baxış: 831