• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4067
— 18.02.2016 13:18

Ölkədə ekoloji tarazlığın qorunmasına nəzarət davam etdirilir

Ötən ilin oktyabr ayından Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq obyektlərində yoxlamaların dayandırılmasına baxmayaraq, tullantıların idarə olunması, ekoloji tarazlığın qorunmasına nəzarət davam etdirilir. Bu barədə Kəpəz televiziyasına (Region TV) ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov  bildirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumları planlı yoxlamalar keçirmir və sahibkarlıq obyektlərinin fəaliyyətinə müdaxilə etmir. Sadəcə tullantıların hara gəldi atılması, sənaye müəssisələrinin əhali yaşayan yerlərdə ekoloji qanunvericiliyin tələblərini ciddi şəkildə pozması hallarına qarşı mübarizə aparılır. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov yoxlamaların qanunvericiliyin tələbləri səviyyəsində həyata keçirildiyini bildirib.

Hüseynqulu Bağırov- ekologiya və təbii sərvətlər naziri: "Müraciət olunur İqtisadi İnkişaf Nazirliyinə, Ədliyyə Nazirliyinə, mövcud qanunvericiliyə əsasən razılaşdırılır. Müəssisənin daxilinə girmədən faktlar araşdırılır və buna qarşı müvafiq sanksiyalar olur. Bunu müəssisənin fəaliyyətinə heç bir təsiri olmur. Mən hesab edirəm ki, insanlar ətraf mühitin sağlam olmasında maraqlıdırlar. Bu baxımdan onların istəklərinə uyğun fəaliyyət olmalıdır".

Nazirliyin balansında olan meşə massivləri ilə bağlı yoxlamalar davam etdirilir. Vətəndaşların şikayəti əsasında şəhər və kənd ərazilərində qəzalı vəziyyətdə olan ağacların kəsilməsi də Nazirliyin rəyi əsasında həyata keçirilir.

Xaliq Qurbanlı