• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2794
— 10.02.2016 16:23

Şəmkir 2015-ci ili uğurla başa vurdu

Ötən il SKMF tərəfindən Şəmkirdə 150 layihənin icrası üçün 26 milyon manata yaxın kreditlər ayrılıb. 587-i daimi olmaqla 3 min 337 yeni iş yeri açılıb. Bununla yanaşı 2606 ailəyə ünvanlı sosial yardım verilib. Yerli büdcə hesabına 14 ailəyə 2 min manatdan çox maddi yardım göstərilib. Bu barədə 2015-ci ilin yekunlarının müzakirə edildiyi toplantıda məlumat verilib. Hesabat dövründə sənayedə 34,9%, kənd təsərrüfatında 20%, ət istehsalı 3,2%, süd istehsalı 6,1%, yun istehsalı 0,2% artıb. 44 min 403 ha sahədə payızlıq və yazlıq bitkilər əkilib. Toplantıda 70 milyon manat dəyərində abadlıq-tikinti işlərinin aparıldığı, məktəb və uşaq bağçaları üçün binaların tikilərək təmir edildiyinə diqqət çəkilib. Rayonun 3 kəndinə mavi yanacaq verilib, daha 3 kənddə isə bu istiqamətdə işlər davam etdirilir.

Ruhəngiz Hacızadə