Bu günə xəbərlərin oxunma sayı: 1371
— 10.02.2016 10:50

“Baddi ayısı” müsabiqəsinin mükafatlandırma mərasimi olub

Paytaxtdakı Almaniya Mədəniyyət Mərkəzində Almaniyanın Bakıdakı səfirliyinin, Azərbaycan Rəssamlıq Akademiyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən  “Baddi ayısı” müsabiqəsinin mükafatlandırma mərasimi olub.

Tədbirdə Almaniyanın Bakıdakı səfiri, hər iki təşkilatçı ali təhsil ocaqlarının rəhbəri və çoxsaylı qonaqlar iştirak edib. Mükafatlandırma mərasimində müsabiqədə iştirak edən 35 tələbənin əl işləri nümayiş olunub. Müsabiqənin şərtlərinə görə, “Baddi ayısı”nı ən yaxşı dizayn edən tələbənin işi seçiləcək və açıq hava altında quraşdırılan 2 metr hündürlüyündəki ayı maketi məhz həmin seçilən dizayn nümunəsi ilə boyanacaqdı. Yekun nəticələrə görə iki həvəsləndirici və bir əsas dizayn nümunəsi qonaqlara təqdim edilib.

Güllər Həşimova- müsabiqənin qalibi: “Bu layihənin ərsəyə gəlməsində ideya baxımından rənglər və gəncləri üstün tutdum. Bir ay ərzində başa gələn “Baddi ayısı” layihəsinin uğurlu ərsəyə gəlməyi üçün çalışmışam”.

Qeyd edək ki, Berlinin simvolu olan “Baddi ayısı” orijinal sənət nümunəsi kimi dünyanın bir çox ölkələrində nümayiş olunur.

Kamal Yaşar