Mikelancelo 1475-ci ilin martın 6-da Toskaniya şəhəri Kaprezedə şəhər müşavirinin ailəsində doğulub. Az qala bir əsrə çatan ömür yaşayan rəssam doğulanda onun atası çox düşünmədən körpənin adını Mikelancelo qoydu ki, uşaq daha çox göylərə aid, ilahi məxluqlardan olsun. Heykəltaraşın uşaqlığı kənddə keçib. Onun 6 yaşı olanda anası ölüb. Ailəsinin zadəgan əsilli olmasıyla Mikelancelo həmişə fəxr edib.
Rəssamın incəsənətə marağı uşaqlıqdan nəzərə çarpırdı. Lakin, atası onun siyasətçi olmağını istəyirdi. 13 yaşlı Mikelancelo ürəyinin səsini və dostunun məsləhətini dinləyərək atasının rəyinə fikir vermədən rəssam Dominoko Qirlandayonun emalatxanasına şagirdliyə gedir. Bu zaman o, müəlliminin nəinki Florensiyanın, həm də bütün İtaliyanın ustadlarından biri olduğunu bilirdi. Müəllimi də şagirdinin adi uşaq olmadığını ilk günlərdə başa düşdü. Mikelancelo yaşına xas olmayan əminliklə elə şeylər edirdi ki, nəinki yaşıdlarını, bəzən müəllimini də üstələyirdi. Bir dəfə şagirdlərdən biri müəlliminin hazır rəsmlərindən qadın fiqurlarının eskizini köçürdü ki, kompozisiyanı öyrənsin. Bu eskizə baxan Mikelancelo qələmi onun əlindən alaraq bir neçə cızıqla rəsmin üstündən qaralayıb müəlliminin işinə öz əlavələrini verməkdən çəkinmədi. O, özü tapdığı üslubu daha kamil sayır və bunu göstərə, lazım gəlsə sübut edə bilirdi.
Bir dəfə Santa Mariya Novella kapellasında işləyərkən Domeniko şagirdlərini iş başında qoyub otaqdan çıxır. Mikelancelo müəlliminin çıxdığından istifadə edib qələmi götürərək naturadan rəsmləri çəkməyə başlayır. Domeniko qayıdanda şagirdinin özünəməxsus yazı üslübunu görüb «Bu, deyəsən, məndən artıq bilir»-dedi.
Bir il keçəndən sonra Mikelancelo Lorenso de Mediçinin hamilik etdiyi heykəltaraş Bertoldi di Govanninin məktəbinə gedir. Lorenso istedadını görür və ona hamilik edirdi. Hətta, rəssam bir müddət «dəbdəbəli» ləqəbini daşıyan Mediçilərin sarayında da yaşayıb. Mikelancelo saraya və mütəfəkkir düşüncəli şairlərin, humanistlərin arasına düşür. Gənc yaşlarında Platon akademiyasının ideyalarıyla tanışlığı onun dünya görüşünü formalaşdırır.
Rəssamların qəyyumu olan Mediçilər Florensiyanı tərk etməyə məcbur ediləndən sonra Mikelancelo Venesiyada, Bolonyada yaşamalı oldu. Amma, o, yenidən Florensiyaya qayıtmaq fikrində idi. Bu məqsədlə mərmərdən müqəddəs İoanın uşaqlığını və yatmış Kupidonun realistik hündürlükdə heykəlini yonur. Baldassarrenin vasitəçiliyi ilə heykəlləri Pyerfrançeskoya göstərməyə nail olur. O qədər məşhurlaşır ki, Romaya çağırılır. Bu şəhərdə İsa peyğəmbərin ölüm anını təsvir edən əsəri ilə özünə əsrlər boyu anılacaq bir abidə yaradır. Bu işini Mikelancelo o qədər sevgi, məhəbbətlə hazırladı ki, birinci dəfə Müqəddəs Məryəmin belbağısında öz adını yazdı. Sonrakı əsərlərinin heç birində o adını heykəllərin üstünə yazmayıb. 1501-ci ildə Florensiya respublika elan ediləndə varlı yun tacirləri ona Davidin heykəlini sifariş verir. Mikelancelo Davidi nəhəng, əlində qılınc olan ənənəvi döyüşçü obrazından fərqli olaraq yaradır. Şəhərin hakim dairələri və zadəganlar heykəlin ictimai yerdə yerləşdirilməsini qərarlaşdırdılar.
Davidin heykəli bitəndən sonra Mikelancelo respublikadan daha bir sifariş alır. O, Florensiya Palatso Sinyoriya zalının sağ divarında Anqiriya döyüşünü çəkməli idi. İşə başlamaq üçün ona iri otaq ayrılır. Mikelancelo karton üzərində işə başlasa da bu nəhəng tablonu görməyə kimsəyə icazə vermir. Karton suda çimən çılpaq insanların rəsmləri ilə doludur. Kimisi silahını götürüb yarıgeyinmiş halda irəli atılır, kimisi atını yəhərləyir. Bu tablo indiyədək rəssamlar üçün məktəb sayılır və hələ də professionallar onun qarşısında saatlarla oturub öyrənirlər.
Bu karton Mikelancelonun məşhurluğunu bir az da artırır və Papa İkinci Yulian ona öz sərdabəsinin üzərində işləməyə dəvət edir. Çox böyük sifarişdə 40-a qədər heykəl, tablolar və başqa memarlıq işləri də nəzərdə tutulub.
Sekstin kapellasında işlədiyi 4 il ərzində Mikelancelo 600 kvadratdan artıq ərazini əzəmətli kompozisiya ilə örtdü. Rəsmə baxana elə gəlir ki, bir gündə, birnəfəsə yaranıb. Əsərində sənətkar bəşəriyyətin böyük dramını, və insanın naümidliyini təsvir edə bilib. Bundan sonra Mikelancelo daha bir rəsm çəkir. Burada iki tabloda müqəddəs Pavelin müraciəti və onun çarmıxa çəkilməsi səhnəsi verilib. Bu tablolarda Mikelancelo sənətin tam zirvəsinə çatır. Bu artıq 70 yaşlı sənətkarn son rəngkarlıq işi idi.
Öz vəsiyyətnaməsini də Mikelancelo çox sadə formada tərtib edib. Burda üç cümlə vardı: Ruhumu Allaha, bədənimi torpağa, varidatımı əzizlərimə vəsiyyət edirəm.
Mikelancelo nadir rəsssamlardandır ki, öləndən sonra yox, hələ sağlığında layiqli qiymətini alıb. Kamil əsərlərin arasında bəyənmədiyi olardısa həmən məhv edilərdi. Ölümündən bir az əvvəl o, çoxlu eskiz, karton, rəsmləri məhv elədi ki, kamilliyə çatanacan keçdiyi yolları, natamam işlərini heç kim görə bilməsin. Bəlkə də ona görə rəssam «Qiyamət günü»nün üzünü köçürən şagirdlərinə deyirdi: «Mənim sənətin sizlərdən neçəsini axmaq edəcək!».
Gənc yaşlarında Platon akademiyasının ideyalarıyla tanışlğı onun dünya görüşünü formalaşdırır. Platon məktəbinin üzvləri kimi o da kamil forma axtarışlarına qoşulur. Mediçi ona sarayının bütün qapılarını açaraq bağlarındakı heykəllərin rəsmlərini çəkməyə icazə vermişdi. Burada antik sənətkarların unikal kolleksiyası vardı. Mikelancelo bu bağda müstəqil məktəb keçdi. O özü hansı heykəli çəkəcəyini seçir, lazım bildiyi əsərin kopyasını yaradırdı. Danışırlar ki, o vaxt onunla dostluq edən Torridcano adlı rəssam Mikelancelonun daha artıq qiymətləndirilməsini görərək paxıllıq etmişdi. Ona görə də guya zarafat edirmiş kimi Mikelancelonun burnuna yumruq ilişdirərək sındırmış və eybəcər hala salmışdı. Bu hərəkətinə görə Torridcanonu Florensiyadan qovurlar. Mikelancelonun sarayda yaşaması Mediçinin ölümünə qədər davam etdi, sonra Mikelandjelo evinə qayıtdı. Santo Spirito kilsəsi üçün taxta xaç hazırlayandan sonra (bu xaç hələ də həmən yerində durur) ona balaca bir otaq ayırdılar. O burada hərdənbir meyitləri yarır və insanın daxili anatomiyasını öyrənirdi. Ona görə də Mikelancelonun rəsmləri belə kamil və realistik alınırdı.
Qocalmayan heykəllər
Rəssamların qəyyumu olan Mediçilərin Florensiyanı tərk etməyə məcbur ediləndən sonra Mikelancelo Venesiyada, Bolonyada yaşamalı oldu. Amma o, yenidən Florensiyaya qayıtmaq fikrində idi. Bu məqsədlə o, mərmərdən müqəddəs İoanın uşaqlığını və yatmış Kupidonun realistik hündürlükdə heykəlini yonur. Baldassarrenin vasitəçiliyi ilə heykəlləri Pyerfrançeskoya göstərməyə nail olur. Ona deyirlər ki, «Əgər bu heykəlləri torpağa basdırıb, sonra qocaldıb Romaya göndərə bilsən orda hamı bunların antik heykəllər olduğunu düşünəcək. Buna görə sənə çoxlu pul verərlər. Amma burda onları çox ucuz satacaqsan». Mikelancelo heykəllərini köhnəltmək istəmədi, amma əvəzində bu əhvalata görə o qədər məşhurlaşdı ki, həmən Romaya çağırıldı. Bu şəhərdə İsa peyğəmbərin ölüm anını təsvir edən əsəri ilə özünə əsrlər boyu anılacaq bir abidə yaratdı. Bu əsər indi müqəddəs Pyotr kilsəsində Müqəddəs Məryəm kapellasında durur. Bu işini Mikelancelo o qədər sevgi, məhəbbətlə hazırlamışdı ki, birinci dəfə Myqəddəs Məryəmin belbağısında öz adını yazdı. Sonrakı əsərlərinin heç birində o adını heykəllərin üstünə yazmayıb. Deyirlər ki, bu hərəkəti eləməyə onu bir hadisə məcbur edib. Həmən heykəli tərifləyən əyanlardan biri müəllifin adını soruşur. Mikelancelo qulağıyla eşidir ki, onun işini milanlı Qobboya aid edirlər. Həmin günün gecəsi özüylə alətlərini gətirib şam işığında öz adını heykəldə yazır ki, zəhmətinin bəhrəsini başqası görməsin. 24 yaşında olanda isə Mikelancelo heç kimin ürək edib yanaşmadığı mövzuya toxunur. Madonnanı artıq ölmüş oğlu ilə təsvir edir. Heykəltaraş insani kriteriyalarla ilahi gözəlliyi göstərməyə nail olur. Burda günahların bağışlanması üçün əzab yox, əzab nəticəsində əldə edilmiş gözllik təsvir edilib.
Çılpaq David şəhər meydanında
1501-ci ildə Florensiya respublika elan ediləndən sonra varlı yun tacirləri ona Davidin heykəlini sifariş verir. Mikelancelo Davidi nəhəng, əlində qılınc olan ənənəvi döyüşçü obrazından fərqli olaraq qarşıdurma anından əvvəl gənc cavan kimi təsvir edir. Heykəl bitəndən sonra şəhərin sözükeçən vətəndaşları onu mərkəzdə yerləşdirməyəyi təklif edir. Bu İntibah dövründən bəri, yəni min il ərzində ilk heykəl idi ki, ictimai yerdə çılpaq insan bədənini nümayiş edirdi.
Davidin heykəli bitəndən sonra Mikelancelo respublikadan daha bir sifariş alır. O, Florensiya Palatso Sinyoriya zalını sağ divarında Anqiriya döyüşünü çəkməli idi. Bu sifarişi hələ 1503-cü ildə Leonardo da Vinçiyə təklif etmişdilər. İşə başlamaq üçün ona iri otaq ayrılır və Mikelancelo karton üzərində işə başlasa da bu nəhəng tablonu görməyə kimsəyə icazə vermir. Karton suda çimən çılpaq insanların rəsmləri ilə doludur. Sanki həyəcan siqnalı gəlmiş, onlardan bəziləri artıq geyinərək döyüşə hazır, bəziləri isə dostlarına kömək edən məqamda təsvir edilir. Kimisi silahını götürüb yarıgeyinmiş halda irəli atılır, kimisi atını yəhərləyir. Bu tablo indiyədək rəssmmlar üçün məktəb sayılır və hələ də professionallar onun qarşısında saatlarla oturub öyrənirlər.
«Mən nökər deyiləm!»
Bu karton da Mikelancelonun məşhurluğunu bir az da artırır və Papa İkinci Yulian ona öz sərdabasının üzərində işləməyə dəvət edir. Çox böyük sifarişdə 40-a qədər heykəl, tablolar, karnizlər və başqa memarlıq işləri də nəzərdə tutulmuşdu. Danışırlar ki, Musa peyğəmbərin heykəli üzərində işləyərkən Mikelanceloya deyirlər ki, dəniz yoluylu sərdaba üçün nəzərdə tutulmuş mərmərlər gətirilib və müqəddəs Pyotr meydanındadır. Sifarişin pulunu ödəmək lazım idi. Mikelancelo həmişəki kimi Papanın yanına gedir amma məşğul olduğuna görə onun qəbuluna düşə bilmir. Mikelancelo evə gələrək öz puluyla tacirlərlə hesablaşır və düşünür ki, Papa xəbər tutan kimi onun pulunu qaytaracaq. Sabahısı gün o, yenə də Papanın qəbuluna gedir. Qapıçı ona geyir ki, səbrli olmalıdır, çünki Papa onu hələlik görmək istəmir. Onu buraxmamaq əmrini almış qapıçı Mikelancelo ilə sərt danışır. Əvvəlkindən fərqli münasibət görən Mikelancelo deyir ki, birdən Əlahəzrət onu görmək istəyər, ona geyin ki, mən harasa getmişəm. Evə gələndən sonra nökərlərə evin əşyalarını satmağı əmr edir. O Florensiyaya qayıtmaq fikrindədir. Heç Florensiyaya hələ çatmamış Papadan 5 nəfər məktub gətirir ki, onu geri qaytarsınlar. Carçılar ona deyir ki, əgər imtina etsə Papanın gözündən həmişəlik düşə bilər. Amma Mikelancelo Papaya məktub yazır ki, hərəkəti yekəbaşlıq olsa da o geri qayıtmayacaq. Çünki Papa onı hansısa bir səfil kimi qapısından qovlayıb və lazımdırsa o özünə başqa nökər tapa bilər.
Sərdabə onun istədiyi kimi tikilmədiyindən bu fikir Mikelancelonu 40 il ərzində rahat buraxmırdı. Sərbadənin tiki lməsiylə bağlı müqavilə 37 il ərzində 6 dəfə bağlansa da axır nəticədə abidə San Pyetro in Vinkoli kilsəsində quraşdırıldı.
Qiyamət gününün çılpaqlığı
Papa sağlığında sərdabə tikməyin düşər-düşməzliyinə inandığından başqa, daha iri sifariş verir. Sekstin kapellasının tavanını çəkmək dazım idi. Bəlkə də işin rəngkarlıq işi olduğundan Mikelancelo əvvəl imtina etmək istəyirdi, sonra razılaşdı. Bu tavanda Mikelancelo 300 fiqur işləyib çəkdi. Tavanda peygəmbərlərin portretlərindən, Nuhun tufanından tutmuş İsa Xristosun bütün nəsli-nəcabətinə qədər hamısı bu işdə əks edildi. Kapellanın açılması xəbəri bütün dünyaya yayılmışdı. Dünyanın hər yerindən gələn qonaqlar baxışlarını yuxarı qaldıran kimi donub qalırdılar deyən burda həmişə camaat dolu olurdu.
Xoşbəxtlikdən Roma Papaları vəfat edəndə onun yerinə çıxan sələfi şöhrətpərəstlikdə əvvəlkindən də artıq olurdu deyən Mikelancelonun əliylə tarixə düşmək istəyənlərin sayı azalmırdı. Hər taxta çıxan yeni Papa Mikelancelonu Romadan getməyə qoymurdu. İndi ona Sekstin kapellasının divarlarını bəzəməyi tapşırmışdılar. Sifarişçi divarlara Qiyamət günün, Lütsiferin cənnətdən qovulmasını, onanla birgə günaha batmış mələklərin peşmançılığını görmək istəyirdilərBəlkə ona görə də özünü dərisi soyulmuş müqəddəs Varfalomey obrazında göstərib. Müasirləri isə Qiyamət gününün faciəsində çılpaq bədənlərin çoxluğundan başqa heç nə gösmədilər. Ona görə də Mikelancelonun ölmündən sonra rəssam Daniele de Volterra obrazların adırlı olması üçün çılpaqlığının parçalarda örtdü.
Deyirlər ki, Mikelancelo bu işlə bağlı çoxlu eskizlər edirdi. Hətta onun rənglərini qarışdırmağa layiq görülmüş sisiliyalı rəssam aylarla burda işlədiyindən və eskizləri gördüyündən sonradan bu eskizlər əsasında Romadakı Trinita kilsəsində freskanı hazırlayıb çəkmişdi. Bu divar rəsmindən sonra Mikelancelo daha bir rəsm çəkir. Burada iki tabloda müqəddəs Pavelin müraciəti və onun çarmıxa çəkilməsi səhnəsi verilib. Bu tablolarda Mikelancelo sənətin tam zirvəsinə çatır. Çünki fikrini ifadə etməkçün nə peyzaj, nə ağac, nə də tikintilər çəkir. Bu artıq 70 yaşlı sənətkarn son rəngkarlıq işi idi.
Ruhumu Allaha, bədənimi torpağa, varidatımı əzizlərimə…
Xristian mövzularında işlədikcə tədricən Mikelancelonun xristianlıq barədə öz fikirləri əmələ gəlməyə başladı. Onu bir sual narahat edirdi. İncəsənət xristian ideyasına nə qədər uyğun gəlir və bu yeganə yaradıcı və yeganə qanun olan Allah ilə rəqabət və təkəbbürlülük deyilmi?
Sənətkarın son illərində ona nəhəng memarlıq işləri həvalə edilib. O, Palatso Farnezeni bitirərək Kapitoliyanın yeni layihəsini işləyib hazırlayır. Doğma şəhəri Florensiyaya qayıtmaq istəyinə isə Müqəddəs Pyotr kilsəsinin baş memarı təyin olması mane olurdu. Mikelancelo sifarişi qəbul edərkən xüsusi olaraq qeyd etdi ki, bu işə Allaha olan sevgisindən qol qoyur və Allaha xidmət etmək yolunda maddi mükafatların hamısından imtina edir. Öz vəsiyyətnaməsini də Mikelancelo çox sadə formada tərtib etmişdi. Burda üç cümlə vardı: Ruhumu Allaha, bədənimi torpağa, varidatımı əzizlərimə vəsiyyət edirəm.
Mikelancelo nadir rəsssamlardandır ki, öləndən sonra yox, hələ sağlığında layiqli qiymətini alıb. Kamil əsərlərin arasında bəyənmədiyi olardısa həmən məhv edilərdi. Ölümündən bir az əvvəl o, çoxlu eskiz, karton, rəsmləri məhv elədi ki, kamilliyə çatanacan keçdiyi yolları, natamam işlərini heç kim görə bilməsin. Bəlkə də ona görə rəssam «Qiyamət günü»nü kopyalayan şagirdlərinə deyirdi: «Mənim sənətin sizlərdən neçəsini axmaq edəcək!».