« Geri

Londonda parlamentarilər yarışdı

Mətn ölçüsü:  

Xahiş edirik flash player yükləyəsiz.

Böyük Britaniyanın paytaxtı Londonda hər il keçirilən "Parlamentsayağı blin" adlı yarışma baş tutub. Müsabiqədə 10 millət vəkili, 3 lord və 10 siyasi şərhçi iştirak edib. Onlar Parlament binasının yanındakı "Viktoriya Qardın" parkında yarışıblar. Yarışın şərti tavada blin çevirərək qaçmaq olub. Yarışmanın qalibi millət vəkillərindən ibarət qrup olub. Qeyd edək ki, yazı müjdələyən "Blin günü" ingilis parlamentariləri tərəfindən 15 ildir qeyd edilir və artıq bir ənənəyə çevrilib. "Rehab Yardım Birliyi"» tərəfindən xeyriyyə məqsədilə təşkil edilən yarışmadan əldə edilən gəlir fiziki qüsurlu insanlara xərclənəcək.

22 fevral, 2012 - 22:45


Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player