« Geri

BU GÜN
(informasiya proqramı)

    Kəpəz TV-nin Xəbərlər Xidməti tərəfindən hazırlanan “Bu gün” informasiya proqramı televiziyanın əsas simasıdır. Həftənin hər günü 4, bazar günü isə 1 dəfə efirdə olan proqramın buraxılışlarında tamaşaçılara Gəncəbasar bölgəsinin, ölkənin və dünyanın gündəmində olan bütün ictimai-siyasi xəbərlər, sosial-iqtisadi və mədəni sferada baş verən yeniliklər, eləcə də idman dünyasının gündəmi haqqında məlumat verilir. Ən aktual informasiya və hadisələrin tamaşaçılara operativ şəkildə çatdırılması işi ilə Xəbərlər Xidmətinin geniş yaradıcı və texniki heyəti məşğul olur. Şəhərlər qrupu əməkdaşlarının hazırladığı materiallar vasitəsilə tamaşaçılar bölgələrdə, eləcə də paytaxt Bakıda ən son baş verənlər haqqında operativ şəkildə məlumatlandırılır. “Bu gün” informasiya proqramının idman bülletenləri isə gündə iki dəfə (saat 09:00 və 21:00) efirə çıxır. İdman redaksiyasının əməkdaşları tamaşaçıları ölkə və dünya idmanının ən son yeniliklərindən zamanında xəbərdar etmək üçün səylərini əsirgəmirlər. Hava haqqında məlumatlar gündə 6 dəfə efirdə yayımlanır.

news@kepeztv.az

 

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player