
SÖZ İNCİSİ
(ədəbi - musiqili proqram)
Ədəbiyyat –incəsənətin söz ordusudur. Burda hər bir sətrin, misranın da mənası var. Nizaminin qəzəlindən, Nəsiminin bədii boyalarından süzülüb gələn, saz havalarıyla ürəklərə hopan, Səməd Vurğunla Azərbaycanı qarış-qarış gəzən, Almas İldırımın dastanını qaraldan milli ədəbiyyat nümunələrimizin tarixi, ədəbi, elmi, bədii təhlili “Söz incisi” verilişində aparılacaq. Tarixin yalan-gerçək üzü, dünya ədəbi incilərinə salınan qələm nümunələri, ədəbi cərəyanlar və görkəmli nümayəndələr bu verilişdə xatırlanacaq. Azərbaycan ədəbiyyatı səhifə-səhifə vərəqlənəcək, tamaşaçıların diqqətinə çatdırılacaq.