
QADINLAR NƏ İSTƏYİR...?
(tok şou)
Azərbaycan qadınları matriarxat dövründən başlayaraq cəmiyyətdə özlərinə məxsus rol oynayıblar və oynayırlar. İstər sinifsiz, istərsə də sinifli cəmiyyətdə bu belə olub. Sovet məkanında, hal - hazırda isə müstəqil Azərbaycanda cəmiyyətin inkişafını qadınların iştirakı olmadan təsəvvür etmək qeyri-mümkündür. Bu günkü Azərbaycan reallığında qadınlar əhalinin daha çox hissəsini təşkil edir. Ona görə də onlar cəmiyyətin inkişafında daha fəal olmalıdırlar və imkan daxilində olmağa çalışırlar da.
Bu verilişdə müxtəlif mövzularda müzakirələr aparacaq, qadınların istəyini öyrənəcək və sonda ümumi rəyə gəlməyə çalışacağıq.Əsas məqsəd qadınlar arasında maarifləndirməni gücləndirmək, hüquqlarını, cəmiyyətdə tutduqları mövqelərini onlara ekran vasitəsilə çatdırmaqdır.