« Geri

Amfiteatr

2010-cu ilin ilk həftəsindən başlayaraq Kəpəz Televiziyasının efirində “Amfiteatr” verilişi yeni formatda yayımlanır. Belə ki, artıq verilişimizin hər buraxılışında Azərbaycan teatr salnaməsində yer alan ən uğurlu tamaşaların keçdiyi tarixi yol araşdırılır. İstər klassik Azərbaycan dramaturgiyasının, istərsə də dünya klassikasının maraqlı inciləri ətraflı tədqiq və təhlil edilərək teatrsevər tamaşaçılara təqdim olunur. Verilişdə dəqiq xronoloji ardıcıllıq üzrə götürülən tamaşa ilə bağlı faktlar təqdim olunur, tamaşalardan görüntülər yer alır. Ayrıca tədqiq edilən tamaşa ilə bağlı teatrşünas xüsusi təhlil verir və həmin tamaşalarda iştirak edən əsas obrazların aktyorları ilə müsahibələr təqdim olunur. Bu günə qədər M.F.Axundzadənin “Sərgüzəşti Vəziri Xani Lənkəran”, “Hacı Qara”, C.Məmmədquluzadənin “Ölülər”, V.Şekspirin “Otello” əsərlərinin səhnəmizdə keçdiyi tarixi yol tamaşaçıların ixtiyarına verilib. Layihənin ssenari müəllifi Zəhra Qürbət, rejissoru İlqar Vüqaroğlu, aparıcısı isə Vəfa Qurbanovadır. Veriliş həftədə bir dəfə 30 dəqiqə xronometrajla efirdə yayımlanır.

Veriliş cümə 19:00-də efirdə yayımlanır.

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player